Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:30

«XIX əsrdə necə sevirdilər» sualının cavabını tapan iki azərbaycanlı…


General Əliağa Şıxlinski və həyat yoldaşı Nigar xanım Mirzə Hüseyn qızı, 1909-cu il Maqilyov şəhəri.

General Əliağa Şıxlinski və həyat yoldaşı Nigar xanım Mirzə Hüseyn qızı, 1909-cu il Maqilyov şəhəri.

-

«Mən aşiqin adı Əli,
Verdin bu dərsi bilməli.
Eşqindən olmuşam dəli,
Sən ahu-zarımsan mənim»

Uzun illərdir ki, hər il avqustun ortalarında AzadlıqRadiosunun «İz» proqramı eyni mövzunu gündəmə gətirir.

Söhbət general Əliağa Şıxlinski və onun ömür-gün yoldaşı Nigar xanımdan söz açan «Əli bəy və Nigar xanım» dastanından gedir. Zamanlama təsadüfi deyil, axı Nigar xanım avqustun 15-də (1931-ci il) dünyadan köçüb. Hər mənada bu örnək xanımı dəlicəsinə sevən general ömür yoldaşını incik salmayıb, 12 il sonra elə sevdiyinin öldüyü ayda- avqustun 18-də dünyasını dəyişib. Dastanı dinləyənlər bu suallara cavab tapacaqlar:

- Bu il 150-ci doğum ili qeyd edilən Əliağa Şıxlinskini Nigar xanımla hansı tellər bağlayırdı?

- Onlar necə görüşdülər, necə ayrıldılar və uzun ayrılıqdan sonra necə qovuşdular?

- Bütün əngəlləri aşan, xeyli yetkin yaşda birləşən bu sevimli cütlük necə yaşadı, hansı sınaqlarla üzləşdi?

- Və nəhayət, 2 əsr öncə - XIX yüzildə necə sevirdilər?

Bu bazar – avqustun 9-da saat 23-də «İz» proqramının «Əli bəy və Nigar xanım» radiodastanını dinləsəniz, bu və başqa sualların cavabını tapacaqsınız.

Bu «İz»i itirməyin.

Günün bütün mövzuları

XS
SM
MD
LG