Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:51

-

Avqustun 14-də azyaşlıları istismar məqsədi və aldatma yolu ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən şəxs Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılıb.

apa-nın məlumatına görə, bunu DSX İstintaq və Təhqiqat İdarəsinin rəisi Azər İbrahimov deyib.

O bildirib ki, Azərbaycan Respublikası vətəndaşı, 45 yaşlı Zahid Hacıyev «Şıxlı» Sərhəd Nəzarəti Məntəqəsindən idarə etdiyi yük maşınında yetkinlik yaşına çatmayan Gəncə şəhər sakinləri 11 yaşlı Ziyadxan Məmmədovu, 12 yaşlı Asəf Məmmədovu və Yaqub Əliyevi Türkiyəyə aparmaq barədə sonuncularla razılıq əldə edib. Razılaşmaya əsasən, onların dövlət sərhədini qanunsuz olaraq Gürcüstan istiqamətində keçməyə cəhd göstərmələrinə köməklik göstərib.

Z.Hacıyev azyaşlıları istismar məqsədilə aldadaraq Türkiyəyə aparıb insan alverinə cəlb etməyi planlaşdırıbmış.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG