Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:53

Bəzi şəhər və rayonların qazı yenidən kəsilə bilər


Gəncə, Ağdaş, Ağstafa, Masallı və Şəkiyə verilən təbii qazın nəqli yenidən dayandırıla bilər

Gəncə, Ağdaş, Ağstafa, Masallı və Şəkiyə verilən təbii qazın nəqli yenidən dayandırıla bilər

Gəncə, Ağdaş, Ağstafa, Masallı və Şəkiyə verilən təbii qazın nəqli yenidən dayandırıla bilər. Bunu «Azadlıq» radiosuna «Azəriqaz» Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlı deyib. Onun sözlərinə görə, qazpulu yığımı ilə bağlı faiz göstəriciləri xeyli aşağı olan həmin şəhər və rayonlar bu problemləri yaxın vaxtlarda aradan qaldırmasalar, onların qaz təminatı dayandırılacaq.


Bu ilin yayında prezident İlham Əliyevin enerji məsələlərinə həsr olunmuş müşavirəsindən sonra «Azəriqaz» Səhmdar Cəmiyyəti 34 rayona verilən qazın nəqlini dayandırmışdı. Ayrı-ayrı yaşayış məntəqələrini çıxmaqla, indi həmin rayon və şəhərlərin hamısına qazın verilməsi bərpa edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG