Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:56

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda ittiham olunan şəxslərin işini məhkəməyə göndərib.

Vergilər Nazirliyinin yaydığı məlumatda deyilir ki, istintaq tədbirləri nəticəsində müəyyənləşib ki, 2011-ci ilin iyulundan «Atrabank»ın Nəsimi filialının mühasibi, 2014-cü ildən isə həmin filialın Xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi işləyən Həsənağa Babayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

Məlumata görə, o bunun üçün 8 nəfərlik mütəşəkkil cinayətkar dəstə yaradılıb. Dəstə üzvlərinin adlarına 107 müxtəlif MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya heç verilməyib, ya da təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilib.

Bununla da təxminən 1,3 milyon manatlıq vergi dövlət büdcəsinə ödənməyib.

Dövlətə dəymiş ziyanın 190 min 550 manatı ödətdirilib, 364 min manatlıq əmlak üzərinə həbs qoyulub.

Məlumata görə, dəstənin yeddi nəfər üzvü hazırda həbsdədir.

Cinayət işi üzrə ittiham aktı Respublika Baş Prokurorluğunda təsdiq olunaraq, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxslərin yaxınlarının və ya vəkillərinin mediada hər hansı açıqlaması olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG