Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:38

Hicablı tələbələrə yenə də dərsdə iştirak etmək imkanı verilməyib


Noyabrın 20-də Sumqayıt Dövlət Universitetinin 16 başıörtülü tələbəsi birinci dərsdə iştirak eləsə də universitet rəhbərliyi qızların ikinci dərsdə iştirakına imkan verməyib. Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi (DEVAMM) sözügedən universitetdə noyabrın 20-də monitorinq aparıb və qızların dərslərdə iştirak etməsinə qadağa qoyulmasını təhsil hüququnun pozuntusu kimi qeydə alıb.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə noyabrın 20-də jurnalistlərlə söhbətində bildirib ki, dərsə başıbağlı gedib-getməməklə bağlı komitə bu günlərdə öz mövqeyini bildirəcək.


Sözügedən tələbələrin başıbağlı dərsə gəlməsinə universitet rəhbərliyi keçən həftədən qadağa qoyub və bunu dünyəvi ölkədə başıbağlı dərsə gəlməyin lüzumsuzluğu ilə izah edir.


Noyabrın 17-də DEVAMM 16 tələbə qızın baş örtüyü ilə dərsə gəlməsinə qadağa qoyduğuna görə Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanovu məhkəməyə verib.Təşkilat hesab edir ki, universitet rəhbərliyi bununla tələbə qızların vicdan azadlığını və təhsil hüquqlarını məhdudlaşdırır.


Sumqayıtda keçən ilə də bu cür hadisə baş vermişdi. İstedad litseyinin müəlliməsi Şəhla Əliyeva məktəbə hicabla gəldiyi üçün məktəb direktoru onu işdən azad eləmişdi. Məhkəmə isə müəllimin işə bərpa olunması haqqında qərar çıxarmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG