Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:37

Azərbaycanlı 1,7 milyon dollarla saxlandı


Sheremetyevo aeroportu, Moskva
Sheremetyevo aeroportu, Moskva

Moskva-Dubay reysinə 1,7 milyon dollar nəğd pul keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Bu haqda "Moskva" xəbər saytına “Şeremetyevo” aeroportunun sözçüsü Tatyana Sokolova məlumat verib. Onun sözlərinə görə, sərnişin həmin vəsaitin ancaq bir hissəsi ilə bağlı bəyannamə verib:

"Azərbaycan vətəndaşı olan həmin şəxs vəsaitin 1 milyon dolları ilə bağlı gəlir bəyannaməsi verib. Qalan 700 min dollar bəyannamədə göstərilməyib".

Tatyana Sokolova deyib ki, gömrük əməkdaşları pul qaçaqmalçılığı kimi cinayətlərin qarşısını almaq üçün ciddi rejimdə çalışır.

XS
SM
MD
LG