Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:36

-

2015-ci ildə “Xaricdə Təhsil Dövlət Proqramı” yekunlaşır.

2007-2015-ci illəri əhatə edən bu proqramda 5 min gəncin xaricdə təhsili planlaşdırılır. Neft Fondunun maliyyələşdirdiyi həmin proqramda 3 min 500 tələbə təhsil alıb və alır.

İqtisadçı Qubad İbadoğlu bu proqramın 2020-ci ilədək uzadılmasını təklif edir:

“Çünki proqramda 5 min nəfərin təhsili nəzərdə tutulsa da bu ilki müsabiqə də nəzərə alınmaqla onların sayı 3500 nəfəri ötməyəcək. Odur ki, həm proqramın hədəfə çatmadığını, həm də bu il bitəcəyini əsas götürərərək, son müddətinin 2020-ci ilədək uzadılmasını təklif edirəm.

Gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi neft gəlirlərinin səmərəli xərclənən istiqamətlərindəndir. Təbii ki, müsabiqələrin şəffaflığı təmin edilərsə, eləcə də proqramın hesabatlılığı artarsa, bu töhfə daha da çoxala bilər”.

MƏSLƏHƏTLƏŞMƏLƏR APARILIR…

Qubad İbadoğlu

Qubad İbadoğlu

Təhsil Nazirliyi AzadlıqRadiosunun Xaricdə Təhsil Dövlət Proqramı ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, yeni Dövlət Proqramı ilə bağlı qurumlararası müvafiq məsləhətləşmələr aparılır. Proqram qəbul olunacağı təqdirdə bu barədə ictimaiyyətə məlumat veriləcək.

Dövlət Neft Fondunun məlumatına görə, 2014-cü ildə gənclərin xaricdə təhsilinə 33,5 milyon manat ayrılıb. Bunun

16,5 milyon manatı yaşayış,

15,2 milyon manatı təhsil

Təxminən 1 milyon manatı yol,

0,5 milyon manatı tibbi sığorta,

0,3 milyon manatı isə viza, qeydiyyat və digər xərclərin ödənilməsinə

yönəldilib.

BİR NƏFƏRİN TƏHSİLİ 43 MİN MANATA BAŞA GƏLİB…

Gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi neft gəlirlərinin səmərəli xərclənən istiqamətlərindəndir.

Ümumilikdə 2008-2014-cü illər ərzində Dövlət Neft Fondu bu proqramın maliyyələşdirilməsinə 121,3 milyon manat vəsait ayrılıb. 2014-cü ilin sonuna olan məlumata görə, 2867 tələbənin təhsili maliyyələşdirilib.

Qubad İbadoğlu hesablayıb ki. 1 tələbənin xaricdə təhsilinə orta hesabla Neft Fondu hardasa 43 manat xərcləyir.

Tələbələrin əksəriyyəti Böyük Britaniyada oxuyub. Ən çox tələbələrin göndərildiyi ölkələrin ilk onluğu belədir:

803 tələbə Böyük Britaniya

681 tələbə Türkiyə

395 tələbə Almaniya

214 tələbə Kanada

137 tələbə Niderland Krallığı

115 tələbə Rusiya

97 tələbə İsveçrə

95 tələbə Fransa

85 tələbə ABŞ

63 tələbə Avstraliya.

2015-ci ildə Xaricdə Təhsil Dövlət Proqramına sonuncu qəbul elan olunub. Qəbulla bağlı son nəticələr payızda açıqlanacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG