Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:46

-

Səhiyyə Nazirliyi xaricdən həkimlərin dəvət edilməsi ilə bağlı özəl tibb müəssisələrinə xəbərdarlıq edib.

Nazirliyin rəsmi saytında yeləşdirilən xəbərdarlıqda deyilir ki, özəl tibb müəssisələri xarici tibb mütəxəssisləri dəvət edərkən onlar üçün Səhiyyə Nazirliyindən şəhadətnamə almalıdırlar.

Şəhadətnamə dəvət edilmiş əcnəbinin tibb mütəxəssisi olmasını müəyyənləşdirir və onun Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə sənəddir.

Nazirlik bildirir ki, bu tələblərə riayət etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyacaqlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG