Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:03

- Kitab, ədəbiyyat haqda dünya xalqlarının atalar sözləri

Kitabda ev dolu qızıl var. Çin atalar sözü

Bir kitaba çox möhkəm inanmaqdansa, kitabsız olmaq yaxşıdır. Çin atalar sözü

Alimlər kitabdan danışar, qəssablar donuzdan. Çin atalar sözü

Kitabı bir dəfə oxumaq təzə dostla tanış olmaq kimidir, kitabı ikinci dəfə oxumaq – köhnə dosta yenidən rast gəlmək kimi. Çin atalar sözü

Baş kitabdan qədimdir. Belçika atalar sözü

Başqa insanların kitabını oxumaq həmişə çətin gələr. Holland atalar sözü

Pis kitabdan betər qarətçi yoxdur. İtalyan atalar sözü

Müəllimlər ölür, kitablar yaşayır. Holland atalar sözü

Kitabı çeynəmədən udmaq sağlamlığa ziyandır. Alman atalar sözü

Kitab oxumadan üç gün edilən söhbət dadını itirir. Çin atalar sözü

Məzarlar üzərindəki yazıları çox oxuyanda yaddaş itir. Latın atalar sözü

Yazmağı yaza-yaza öyrənərlər. Fransız atalar sözü

Yazdığın şey qalacaq. Holland atalar sözü

Müdrik sükutu qeyd eləmək olmur. İtalyan atalar sözü

Yaxşı yazıçılar yaxşı yazanlar deyil, yaxşı poza bilənlərdir. Rus atalar sözü

Çox düşün, az danış, ondan da az yaz. Fransız atalar sözü

Yazıb-oxuyan adamın dörd gözü olar. Alban atalar sözü

Sevgi məktubu ən bahalı poçt markasından da bahadır. Amerikan atalar sözü

Yazı mürəkkəbini (qələmi) çənlə (çox) alan adamla mübahisə etmə. Çin atalar sözü

Ən yaxşı yaddaş da solmuş yazı mürəkkəbi qədər güclü deyil. Çin atalar sözü

Bizim əlifbamızda B hərfi A-dan sonra gəlir. Amerikan atalar sözü

Xəttatlığı səksən yaşda öyrənməli. Yapon atalar sözü

Əl lazım olan yerdə söz və yazıya gərək yoxdur. Alman atalar sözü

Hirslənəndə əlifbanı sadala. Amerikan atalar sözü

Ədəbiyyatsız həyat – ölümdür. Latın atalar sözü

Kənd şairi olmaq yaxşı şey deyil. Alman atalar sözü

Hər yanda bir şair ölür. İngilis atalar sözü

Şairlər yalanların atalarıdır. Latın atalar sözü

Şairlərə və donuzlara yalnız ölümlərindən sonra dəyər verilir. İtalyan atalar sözü

Gec, ya tez, xarici şairlərin zibili sizin kəndinizə də gələcək. Mali atalar sözü

İt yaxşı nəsr ola bilər, poeziya isə pişikdir. Fransız atalar sözü

Günün bütün mövzuları

XS
SM
MD
LG