Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:35

-

«Biz Avropa İttifaqı olaraq, Azərbaycanda və digər ölkələrdə seçki prosesinin daha yaxşı səviyyədə keçirilməsi üçün töhfəmizi vermək arzusundayıq».

apa-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının Azərbaycan Ofisinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı dünyanın hər yerində seçkilərə çox böyük əhəmiyyət verir: «Bugünkü təlimlər MSK ilə uzun müddət olan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Həm ATƏT, həm Avropa Şurası tərəfindən namizədlərin qeydiyyata alınması ilə bağlı tövsiyələri nəzərdən keçiririk ki, bu sahədə inkişafı daha da gücləndirək. Biz bugünkü təlimləri digər ölkələrdə də keçiririk. Bakıda keçirilən təlimlər silsilə olaraq, Azərbaycanın digər rayonlarında da keçiriləcək. Parlament seçkiləri Azərbaycanın seçkiləridir və MSK burada əsas aktyordur».

Avqustun 14-də MSK Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə namizədlərin irəli sürülməsi və qeydə alınmasına həsr olunmuş təlimlərə başlayıb. Tədbirdə Bakı, Bakıətrafı və Naxçıvan Muxtar Respublikasından dairələrin sədrləri iştirak edir. Eyni tədbirlər ölkənin digər bölgələrində də bütün 125 dairə sədrləri üçün keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG