Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:46

-

«Türkiyə Hava Yolları» şirkətinin təyyarələri avqustun 12-dən İslamabad-Bakı-İstanbul marşrutu üzrə reysin həyata keçirilməsinə başlamalı olsa da, texniki problemlərə görə reys təxirə salınıb.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri Khalid Usman Qaiser deyib.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov üçtərəfli razılığa əsasən, reysin həftədə iki dəfə - bazar ertəsi və cümə günləri «Türkiyə Hava Yolları»na məxsus təyyarələrlə həyata keçiriləcəyini bildirmişdi.

Biletlərin qiyməti 600-650 dollar, uçuşun müddəti təxminən 3 saat olacaq.

Hava əlaqəsinin bərpa edilməsi ilə bağlı razılıq Pakistan prezidenti Mamnoon Hussain-in ötən ilin martında Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuşdu.

Mövcud İstanbul-İslamabad aviareysinin Bakıya kimi uzadılması məsələsi həmçinin Türkiyənin baş naziri Ahmet Davutoğlu ilə müzakirə olunub.

Səfir bildirib ki, Azərbaycan və Pakistan hökumətləri aviareysin açılışının iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına imkan yaradacağına ümid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG