Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:05

-

«ATӘT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçiriləcək seçkilərdə iştirak etmək arzusundadır».

apa-nın mәlumatına görә, bunu Mәrkәzi Seçki Komissiyasının sәdri Mәzahir Pәnahov Bakıda sәfәrdә olan ATӘT DTİHB-nin ehtiyacları qiymәtlәndirmә missiyasının sәfәrinin nәticәsi ilә bağlı deyib.

Onun sözlәrinә görә, yәqin ki, Azərbaycan tәrәfi buna müsbәt yanaşacaq.

MSK sədri qarşıdan gələn parlament seçkilərindən də danışıb: «Seçki azad tәdbirdir, burada iştirak etmək istəyənlərə hər bir şәrait yaradılır».

O, seçkilərin boykot edilməsinə də toxunub. MSK sədri deyib ki, hər bir vətəndaşın seçkiyə istədiyi münasibәti göstәrmәk hüquq var: «Amma inanmıram ki, bu praktikadan istifadә olunsun. Seçkilәri boykot etmәk demokratik dünyanın qәbul etmәdiyi addımdır. Seçkilәr mәhz ona görәdir ki, vətəndaşlar öz münasibətlərini bildirsin. Mәsәlәn, parlament seçkilәrindә ictimaiyyət çıxsın, öz münasibәtini bildirsin. İstәsә sәs verәr, istәmәsә yox. Onun nәticәsindә dә parlament formalaşsın. Yәni çoxluğun fikri ortada olsun. Çoxluğun fikri ilә kim razılaşmasa, bu, qeyri-adi mәsәlәdir».

Bu ilin payızında Milli Məclisə seçkilər keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG