Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:58

-

Avropa Şurasının baş katibi Thorborn Jagland Leyla və Arif Yunuslara qarşı məhkəmə hökmünü və sübut-dəlili hakimiyyətdən istəyəcək. Bu açıqlamanı avqustun 13-də Jagland-ən sözçüsü Daniel Höltgen yayıb.

Həmin gün məhkəmə Leyla Yunusa 8.5, Arif Yunusa isə 7 il həbs cəzası kəsib. Onlar iqtisadi cinayətlərdə ittiham olunsalar da, yerli və beynəlxalq müşahidəçilər bu həbslərin siyasi motivli olduğunu bəyan edib.

“Azərbaycanın məhkəmə sistemində bəlli sistematik çatışmazlıqları, insan haqları müdafiəçiləri və jurnalistlərə qarşı məhkəmə işlərinin narahatedici şəkildə artmasını və bunun da ölkədə ifadə azadlığına mənfi təsirini nəzərə alaraq, Baş katib bu fikirdədir ki, hökm sonucda Avropa İnsan Haqları Məhkəməsi tərəfindən araşdırılmalıdır,” açıqlamada deyilir.

Yunuslara qarşı məhkəmə hökmünü bir sıra beynəlxalq qurumlar pisləyib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə hökmü siyasiləşdirməməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG