Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:15

-

Ötən ay Ukraynanın şərqində saxlanmış Rusiya ordusunun zabiti Prezident Vladimir Putin-dən buraxılması üçün kömək istəyir. Bu yeni videonu Ukraynanın dövlət təhlükəsizlik agentliyi yayıb.

Videoda danışanın mayor Vladimir Starkov olduğu bildirilir. Ukrayna rəsmilərinin sözlərinə görə, o, saxlandığı vaxt Rusiya silahlı qüvvələrində xidmət etdiyini boynuna alıb.

Ukrayna daim Rusiyanın ölkənin şərqindəki separatçılara kömək etdiyini deyib. Rusiya isə bunu qətiyyətlə təkzib edib.

Kreml separatçılarla yanaşı döyüşən rusiyalıların rəsmi nəzarətdən kənar könüllülər olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG