Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:31

-

Birləşmiş Ştatlar İslam Dövləti (İD) qruplaşması silahlılarının İraqdakı kürd qüvvələrinə qarşı ipritdən istifadəsini araşdırır. Belədirsə, bu, silahlı qrupun kimyəvi qaz əldə etməsi demək olar.

“The Wall Street Journal” avqustun 13-də ABŞ-ın yüksək rütbəli rəsmilərinə istinadla yazıb ki, onlarda son kimyəvi hücumda ipritdən istifadə olunmasına dair “etibarlı informasiya” var.

İD-nin qazı Suriyada əldə etdiyi güman olunur. Eləcə də İraqda da əldə edə bilər.

Kürd rəsmiləri avqustun 12-də peşmərgə qüvvələrinin Maxmur yaxınlığında hücuma məruz qaldığını deyir. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, 60 kürd döyüşçüsü hücumdan sonra nəfəsalmasında problem yaranıb. Bu da ipritin əlamətidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG