Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:40

Prezident İlham Əliyev Tahir Budaqovu Dövlət Statistika Komitəsinə yeni sədr təyin edilib.

50 yaşlı Tahir Budaqov 2009-cu ildən Bakı şəhəri Nizami rayon icra hakimiyyətinin başçısıdır. İxtisasca həkim olan T.Budaqov müxtəlif illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkim, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, Prezident Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb. O həm də "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.

Dövlət Statistika Komitəsinin keçmiş sədri Arif Vəliyev ötən ilin iyununda vəfat edib. Həmin vaxtdan bu vəzifə boş idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG