Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:21

Peyğəmbər haqda filmin premyerası


Filmdən kadr
Filmdən kadr

-

İranlı rejissor və ssenarist Məcid Məcidinin Həzrəti Məhəmmədhaqqında çəkdiyi «Məhəmməd» filminin premyerası 36-cı Monreal Dünya Film Festivalında olacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, avqustun 27-dən sentyabrın 7-dək keçiriləcək festivala açılış filmi kimi seçilən bu ekran əsəri dünya kinosevərlərinin marağını Monreala yönəldib.

Peyğəmbərin uşaqlıq həyatından bəhs edən filmi İran və Türkiyə kino mütəxəssisləri ekranlaşdırıb.

Filmin görüntü rejissoru italiyalı Vittorio Storaro-dur.

Ümumi büdcəsi 30 milyon dollar olan filmdə animasiya və aksiyon səhnələrdən istifadə edilib.

Filmdə peyğəmbər yalnız arxadan çəkilib, gecə və gündüz səhnələrində Məkkəvə Mədinə şəhərləri də yer alıb.

Filmin rejissoru Məcid Məcidi çəkdiyi bir sıra ekran əsərlərinə görə beynəlxalq festivalların laureatı olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG