Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:46

-

Ölkədə 143-cü teatr mövsümünün açılışı sentyabrın 16-da Gəncədə olacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, həmin gün Azərbaycanda fəaliyyət göstərən bütün teatrların nümayəndələri Gəncədə keçiriləcək təntənəli açılış mərasiminə qatılacaq.

Gəncə Dövlət Dram Teatrı və Gəncə Dövlət Kukla Teatrının da yaxından iştirak edəcəyi mərasimdə dövlət və hökumət rəsmiləri, Azərbaycanın tanınmış sənət adamları iştirak edəcək.

Son illər yeni teatr mövsümünün açılışı Azərbaycanın bölgələrində həyata keçirilir.

2014-cü ilin teatr mövsümün açılışı Şəkidə, I Şəki Beynəlxalq Teatr Festivalında gerçəkləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG