Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:07

-

Naftalan şəhərinin baş planı təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilib.

Sənəd kurortlar şəhərində daha altı sanatoriyanın tikilməsini nəzərdə tutur.

Baş plan Dövlət Şəhərsalma v ə Arxitektura Komitəsinin (DŞAK) sifarişi əsasında “Renessans Studio” şirkəti tərəfindən 2013-cü ildən işlənilməyə başlanıb və bu il yekunlaşıb.

Şəhərsalma və Tikinti Məcəlləsinə görə, şəhərlərin baş planları vətəndaşların və mütəxəssislərin ictimai müzakirəsinə verilməli və iyulun 16-da Naftalan şəhərində belə bir müzakirə baş tutub. Müzakirələr nəticəsində baş plana əlavə də düzəlişlərin edilib-edilmədiyi haqda DŞAK məlumat vermir.

Komitənin saytında yerləşdirilən Naftalanın Baş planının layihəsində göstərilir ki, şəhər Goranboy rayonunun Tatarlı kəndinin hesabına genişlənəcək.

Plana əsasən, şəhərdə çirkab sularını təmizləyən qurğular, şəhər xəstəxanası tikiləcək, yerli poliklinikanın yeri dəyişdiriləcək. “Goran” sanatoriyasının yaxınlığında 6 yeni sanatoriya üçün yer ayrılıb. Şəhərdə kotec tipli iaşə obyektlərinin tikintisi üçün də yer ayrılıb.

Naftalandakı “Şirvan” və Azərbaycan“ sanatoriyaları hazırda sökülmüş vəziyyətdədir və onların yerində yeniləri inşa ediləcək.

"Qarabağ SPA and Resort" otel kompleksi, Naftalan

"Qarabağ SPA and Resort" otel kompleksi, Naftalan

Şəhər İcra Hakimiyyəti bildirir ki, son bir neçə ildə yerli iş adamları bir neçə sağlamlıq-turizm mərkəzi (“Şəfa vannaları”, “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”, “Möcüzəli Naftalan” və “Sehrli Naftalan” MMC) tikərək istifadəyə veriblər. Burada 350 nəfər eyni vaxtda sağlamlığının bərpasının qayğısına qala bilər.

Rəsmi məlumatlara görə, 1982-1987-ci illərdə keçmiş SSRİ məkanından unikal tərkibli Naftalan nefti ilə müalicəyə gələnlərin sayı 40 mindən 70 min nəfərə qədər artıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulduğu kimi, Naftalan kurort şəhərinin yenidən qurulması ilə bağlı bir sıra işlər görülüb. Şəhərdə “Çinar otel və SPA”, “Qaşaltı” Istirahət və Sağlamlıq Mərkəzi tikilib.

Rəsmi məlumatlara görə, 1982-1987-ci illərdə keçmiş SSRİ məkanından unikal tərkibli Naftalan nefti ilə müalicəyə gələnlərin sayı 40 mindən 70 min nəfərə qədər artıb.

1988-1993-cü illərdə Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünlərin bir qismi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin Naftalan şəhərindəki sanatoriyalarında yerləşdirilib. Məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdıqca, bir çox sanatoriyaların ərazisi boşaldılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG