Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:08

İŞİD-ə qoşulmaq istəyən tutuldu


Tikrit yaxınlığında İŞİD qüvvələri

Tikrit yaxınlığında İŞİD qüvvələri

-

Suriyaya getmək istəyən 49 yaşlı azərbaycanlı Bəkir Qalibov Ankaranın Esenboğa hava limanında saxlanılıb. O, İŞİD-ə qoşulmaq üçün Suriyaya getmək istəyirmiş.

Bu haqda Türkiyənin NTV kanalı məlumat yayıb.

Məlumatda deyilir ki, Ankara Polis İdarəsinin terrorla mübarizə idarəsinin əməkdaşları Azərbaycandan Ankaraya gələn təyyarədə İŞİD-ə qatılmaq üçün Suriyaya getməyi planlaşdıran şəxsin olduğu barədə əvvəldən məlumat alıb.
Bundan sonra polislər Esenboğa hava limanında 49 yaşlı azərbaycanlını saxlayıblar. Onun üstündə axtarış aparılıb. Axtarış zamanı ondan 17 müdafiə jileti, tibbi ləvazimat, şpris və başqa dərman preparatları götürülüb.

Bundan sonra Bəkir Qalibov polis şöbəsinə aparılıb. O, Azərbaycana deportasiya ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG