Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:43

-

Prezident İlham Əliyev XXXI Yay Olimpiya Oyunları ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərindəki XXXI Yay Olimpiya Oyunlarına hazırlıq Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları tərəfindən milli komandaların formalaşdırılması istiqamətində mərhələli şəkildə həyata keçirilir.

Azərbaycanın milli olimpiya komandasının XXXI Yay Olimpiya Oyunlarına mütəşəkkil hazırlanmasının lazımi səviyyədə təmin olunması məqsədi ilə qərara alınır:

XXXI Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsi, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakı, ölkədə lisenziya yarışlarının təşkili, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında iştirakı və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG