Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:55

Cənubi Koreya mediası bildirir ki, Şimali Koreya baş nazirinin müavini ölkə lideri Kim-in meşəçilik sahəsindəki siyasətinə qarşı çıxıb.

Yonhap xəbər agentliyinin yaydığı məlumata görə Şimali Koreya baş naziri müavininin güllələnərək edam edilməsinə səbəb onun ölkənin lideri Kim Jong Un-la fikir ixtilafına girməsi olub.

Agentlik bildirir ki, Şimal-Cənub əməkdaşlığına məsul baş nazir müavini, 63 yaşlı Choe Yong Gon, Kim Jong Un-un 2011-ci ildən başlanan repressiyalarının növbəti qurbanı olub.

Cənubi Koreya mediası bildirir ki, baş nazir müavini ölkə lideri Kim-in meşəçilik sahəsindəki siyasətinə qarşı çıxıb.

Cənubi Koreyanın unifikasiyası naziri Reuters agentliyinə bildirib ki, Choe artıq səkkiz aydır, heç yerdə gözə dəymir.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Reuters-in sorğusuna cavab verməkdən imtina edib.

Cənubi Koreya kəşfiyyatı may ayında Şimali Koreyada başqa bir rəsminin – müdafiə nazirinin təyyarəvuran raketlə edam edildiyini xəbər vermişdi.

Choe baş nazirin müavini vəzifəsinə ötən il təyin edilmişdi.

Yonhap agentliyi xəbər verir ki, ötən sentyabrda Şimali Koreyada Fəhlə Partiyasının vəzifəli rəsmisi də edam olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG