Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:03

Çində partlayışlar: 17 ölü, 400 yaralı


Sinxua agentliyinin verdiyi xəbərə görə partlayış “təhlükəli yüklərin” saxlandığı anbarda baş verib.

Çinin Tianjin dəniz portunda tezalışan malların törətdiyi iki güclü partlayış nəticəsində 17 nəfərin öldüyü və daha 400 nəfərin xəsarət aldığı xəbər verilib.

Prezident Şi Jinpinq yanğının tezliklə söndürülməsinə və xəsarət alanların xilas edilməsinə göstəriş verib.

Çin mediası xəbər verir ki, yanğın partladıcı maddələrin qablaşdırıldığı yüklərdən qaynaqlanıb.

İki partlayış arasında 30 saniyə vaxt olub.

YouTube saytında yayılmış videolardan yanğının ətraf tikililərə keçdiyi görünür.

Sinxua agentliyinin verdiyi xəbərə görə partlayış “təhlükəli yüklərin” saxlandığı anbarda baş verib.

Birinci partlayışın 3, ikincinin isə 21 trotil (TNT) gücündə olduğu bildirilib.

Sakinlər yaxınlıqdakı binaların pəncərə şüşələrinin sındığını deyiblər.

Onlar həmçinin dəniz limanına 100-dək yanğınsöndürən maşının gəldiyini görüblər.

Tianjin liman şəhərində 15 milyon əhali yaşayır.

XS
SM
MD
LG