Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:21

İŞİD-ə Türkiyədən ilk hava zərbələri endirdi


 F-16 qırıcısı İncirlıik bazasında yerə enir
F-16 qırıcısı İncirlıik bazasında yerə enir

Birləşmiş Ştatların Türkiyədəki İncirlik hərbi-hava bazasından qalxan təyyarələri özünü İslam Dövləti adlandıran təşkilatın mövqelərinə ilk zərbələrini endirib.

Birləşmiş Ştatların Türkiyədəki İncirlik hərbi-hava bazasından qalxan təyyarələri özünü İslam Dövləti adlandıran təşkilatın mövqelərinə ilk zərbələrini endirib.

Xəbər verilir ki, indiyədək,bu ilin əvvəllərində Amerikanın rəhbərliyi altında koalisiya qüvvələri raket zərbələrini pilotsuz təyyarələrdən endirirdilər.

Ankara bəyan edib ki, ABŞ-ın İncirlik bazasından ilk pilotlu uçuşlarında Türkiyənin hərbi hava qüvvələri iştirak etməyib.

Türkiyə ötən ay İD-ə münasibətdə siyasətini kəskin dəyişərək ABŞ koalisiyasının İncirlik bazasından istifadəsinə icazə verib.

Bununla belə, Türkiyə İD-ə qarşı hava zərbələrində aparıcı rolu öz üzərinə götürməyib.

Reuters xəbər verir ki, Ankara onun sərhədləri boyunca İraq və Suriyada mövqe tutmuş cihadçıların cavab əməliyyatlarından ehtiyat edir.

Lakin Türkiyə ötən ay Suriyadakı silahlılar üzərinə havadan ilk raket zərbələrini endirib.

XS
SM
MD
LG