Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:56

Strasburqda Azərbaycan haqqında radioveriliş yayımlanır


Strasburq şəhərinin mənzərəsi

Strasburq şəhərinin mənzərəsi

Strasburqdakı Azərbaycan diaspor təşkilatları yerli radioda Azərbaycanla bağlı verilişlərin yayımlanmasına başlayıblar. Bu təşəbbüsün əsas təşkilatçısı Strasburqdakı Azərbaycan Evinin prezidenti Mustafa Alınca deyir ki, əvvəlki illərdə də Strasburq radiosunda Azərbaycanla bağlı verilişlər səslənirdi, amma bu, müntəzəm deyildi. İndi isə hər ay Azərbaycanla bağlı iki saatlıq veriliş efirə gedir: «Məqsədimiz Azərbaycanın mədəniyyətini, Qarabağ münaqişəsini, İran azərbaycanlılarının problemləri ilə bağlı məsələləri Fransa ictimaiyyətinə çatdırmaqdır». Cənab Alıncanın sözlərinə görə, verilişlər fransız dilində yayılır və bunların təşkilində onun özü, Strasburqda oxuyan azərbaycanlı tələblər və başqa diaspora nümayəndələri iştirak edirlər.

Mustafa Alınca deyir ki, Strasburqun daxil olduğu Fransanın Elzas bölgəsində 1500-ə yaxın azərbaycanlı yaşayır.


Mayamidə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yaranıb


Bu günlərdə Amerikanın Mayami şəhərində Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yaranıb. Qurum bütün Florida ştatında yaşayan azərbaycanlıları birləşdirir. Təşkilatın sədri Mayamidəki Tibb Kollecində oxuyan Töhfə Eminova deyir ki, assosiasiya türk diasporası ilə sıx əlaqələr qurmaq niyyətindədir.


DİNLƏYİN


XS
SM
MD
LG