Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:36

-

ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunja Mijatovic azərbaycanlı jurnalist Rasim Əliyevin öldürülməsini pisləyib.

O, bununla bağlı ölkə prezidentinə avqusutun 11-də məktub göndərib. Həmin məktubda Dunja Mijatovic İlham Əliyevi ölkədə jurnalistlərin təhlükəsizliyini təmin etməyə, sürətlə pisləşən azad medianın durumunu düzətləməyə çağırıb.

"Rasim Əliyevin faciəvi ölümü bir daha sübut edir ki, hakimiyyət beynəlxalq təşkilatların xəbərdarlığını eşitməli və pisləşən durumu inkar etməyi dayandırmalıdr"- deyə mətkubda yazır.

ATƏT-in media təmsilçisi məktubda həm də jurnalistlərə hədə-qorxu gəlinməsi, onların yaxınlarının və özlərinin həbs edilməsi məsələsinə də toxunub:

"Təəssüflər olsun ki, bizim çağırışlarımızla bağlı hər hansı iş görülməyib. Rasim Əliyevin ölümü bütün xətlərin keçildiyini göstərir və bir şeylər edilməlidir".

Günün bütün mövzuları

XS
SM
MD
LG