Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:12

Qızılaxtaranlardan xəbər yoxdur


Qızıl külçələri
Qızıl külçələri

-

Əslində prezidentin özü də sərəncamı imzalamaqdan o tərəfə getməyib...

Dünya valyuta bazarlarında çaxnaşmalar diqqəti yenidən qızıla yönəldib:

Nyu Yorkun Comex birjasında qızılın dekabr fyuçersləri cüzi də olsa (0,77%) artaraq bir troyan unsiyası üçün 1116,2 dollara yüksəlib.

Amma bu yenə də 2014-cü ildə qeydə alınmış orta göstəricidən (1266,4 unsiya/$) xeyli aşağıdır.

Bu il fevral ayının 11-də Azərbaycan prezidentinin sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. O zaman hökumətə, eləcə də ayrı-ayrı dövlət qurumlarına konkret tapşırıqlar verilsə də, onların icrası haqda hələ bir xəbər yoxdur.

Əslində prezidentin özü də sərəncamı imzalamaqdan o tərəfə getməyib. Sənədə görə, əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını həyata keçirəcək olan bu yeni dövlət şirkətinin rəhbərini dövlət başçısı təyin etməlidir. Amma QSC-nin yeri-yurdu olmadığı kimi, rəhbərliyi də təyin olunmayıb.

Cəmiyyətin yaradılmasından düz 6 ay keçsə də, Nazirlər Kabineti nə onun nizamnaməsini, nə də strukturunu təsdiq edib. Halbuki bu işlər üçün iki ay vaxt ayrılmşdı. Vergilər Nazirliyinin məlumat bazasında “AzerGold” QSC-nin dövlət qeydiyyatı haqda məlumat yoxdur.

Azərbaycanda qızıl hasilatına 2009-cu ildən başlanıb. ABŞ-ın “RV İnsvestments Group Services” şirkəti hələlik yalnız “Gədəbəy“ və “Qoşa” yataqlarının istismarı ilə məşğuldur. Təkcə bu ilin 6 ayında qızıl hasilatı 1117,4 kq təşkil edib ki, bu da 2014-cü ilin birinci yarısında əldə olunan nəticədən 32,9 faiz çoxdur.

Azərbaycan hökuməti ilə bağlanmış müqavilənin şərtlərinə görə, investor hasil olunan metalın bir hissəsini ona verməlidir.

Azərbaycan prezidentinin qızlarının da sahiblik etdiyi şirkətlərin yaratdığı bu konsorsium öz fəaliyyəti haqda çox məlumat açıqlamır.

Londex Resources S.A şirkətinin başçılıq etdiyi AİMROC konsorsiumu isə Kiçik Qafqaz dağlarındakı “Çovdar” və başqa nadir metal yataqlarının işlənilməsini həyata keçirir.

Lakin Azərbaycan prezidentinin qızlarının da sahiblik etdiyi şirkətlərin yaratdığı bu konsorsium öz fəaliyyəti haqda çox məlumat açıqlamır.

Neft Fondu isə məlumat verir ki, 2012-ci il fevralın 1-dən London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının (LQMBİA) üzvü olan banklardan qızıl külçələrinin alışına başlayıb. Cəmi 30 175 kq (970 146 troya unsiyası) qızıl alınıb. 2014-cü ilin sonuna ARDNF ölkəyə 30 169 kq qızıl gətirib. Qızıl külçələri Mərkəzi Bankda yerləşdirilib.

Hazırda qızıl və başqa nəcib və nadir metalların kəşfiyyatı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti məşğu olur.

Xidmətin 2014-cü ilə dair fəaliyyət hesabatında deyilir ki, Şəmkir rayonunun Badakənd, Şiştəpə, Quba rayonunun Qərbi Şahdağ, Qonaqkənd-Yerfi, Qarxun-Əlik, Sudur-Zuxul, Şəki rayonunun Qərsələ, Qəbələ rayonunun Saralçay-Qaraçay arası sahələrində köklü qızıl yataqlarının, Naxçıvan MR-in Culfa rayonunda Xoşkeşin sahəsində isə səpinti qızıl yataqlarının aşkarlanması məqsədilə geoloji-axtarış işləri aparılıb. Nəticədə iki perspektivli zona aşkar edilib. Burada hər ton süxurda qızılın tutumu 0,4-1,8 qram, gümüşün tutumu isə 3,3-82,8 qram olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG