Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:46

-
Tələbə Qəbulu ürzə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

TQDK-nın bununla bağlı yaydığı məlumatda deyilir ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 13-də «Abituriyent» jurnalının 7-ci sayında da dərc olunacaq.

Tələbə adı qazananlar 10 gün ərzində - 2015-ci il avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etib, qeydiyyatdan keçməlidirlər. Bu vaxtda qeydiyyatdan keçəyənlərin qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Bu ilki qəbul imtahanlarında 38 min 763 abituriyent iştirak edib. Onlardan 32 min 196 nəfəri tələbə adını qazana bilib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 14-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 14-dən 19-dək internet vasitəsilə aparılacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG