Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:01

-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş vaxtının dəyişdirilməsiylə bağlı Bakıda özəl sektorda fəaliyyət göstərən işəgötürənlərə və bank rəhbərlərinə müraciət ünvanlayıb.

Nazirlik 2015-ci ilin avqustundan Bakıda iş vaxtının özəl sektorda saat 07:30 – 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanmasını tövsiyə edir. Məqsəd ictimai nəqliyyatın iş rejimini normallaşdırmaq, yollarda tıxacın qarşısını almaq və sərnişin daşımalarında yol hərəkətinin təhlükəsizliyini yüksəltməkdir.

2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı tıxacların qarşısını almaq məqsədilə istər dövlət, istərsə də özəl sektorda iş qrafiki dəyişdirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG