Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:38

-

Avqustun 12-də Ali Məhkəmədə Milli Şura sədri Cəmil Həsənlinin qızı, avtomobil qəzası törətməkdə ittiham olunan Günel Həsənlinin şikayətinə baxılıb.

G.Həsənlinin vəkili işin istintaqla aparılması ilə bağlı əvvəlki məhkəmə instansiyasında vəsatət qaldırıb, ancaq o, təmin edilmədiyi üçün Ali Məhkəməyə şikayət göndərib.

Avqustun 12-də Ali Məhkəmədə G.Həsənli olmadan həmin şikayətə baxılıb.

Vəkil Adil İsmayılov bildirib ki, işin bu müstəviyə çıxarılması anormaldır, birinci instansiya məhkəməsi də, apellyasiya məhkəməsi də istintaqla keçiriılməliydi. O, istintaq zamanı kobud pozuntular olduğunu bəyan edib.

Vəkil ekspertiza zamanı gənc həkimin kobud yanlışlara yol verdiyini söyləyib: «Zərərçəkən rentgen müayinəsindən keçsə də, bu, iş materiallarına əlavə edilməyib». Buna görə də Adil İsmayılov işin istintaqla aparılmasını xahiş edib.

Dövlət ittihamçısı vəkilin didiklərini əsassız adlandırıb.

Məhkəmə vəsatəti dəyişmədən qüvvədə saxlayıb.

Yasamal rayon Məhkəməsi fevralın 22-də avtomobil qəzası ittihamı ilə Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edib.

Cəmil Həsənli özünün siyasi fəaliyyətinə görə qızının cəzalandırıldığını bildirib.

Zərərçəkən 87 yaşlı Ədilə Səlimova isə mətbuata deyib ki, özünü yaxşı hiss etmədiyi üçün müvazinətini itirərək yıxılıb və bu zaman Günel Həsənli avtomobiliylə ona yüngülcə toxunub. Sürücü daha sonra onu həkimə aparıb və rentgen müayinəsi zamanı hər hansı çıxıq, sınıq, əzik qeydə alınmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG