Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:25

-

«Bank Technique» ASC-dən ipoteka krediti götürənlər ödənişi başqa banklarda edəcəklər.

Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondundan apa-ya verilən məlumata görə, bununla bağlı kreditorlar məlumatlandırılır.

«Bank Technique»i əvəz edəcək müvəkkil banklar kimi «Dəmirbank» və «Nikoilbank» seçilib. Fonddan bildirilir ki, Azərbaycanda əksər banklar ipoteka ödənişləri ilə bağlı elektron hökumət portalına (APUS sistemi) qoşulub. Amma «Bank Technique» indiyə qədər bu addımı atmayıb.

«Biz «Bank Technique»ə sistemə qoşulmaq üçün vaxt verdik. Amma hələ də bu texniki məsələ öz həllini tapmayıb. Buna görə də müştərilərin bir qisminin «Dəmirbank»ın, digər qisminin «Nikoilbank»ın APUS sistemi ilə ipoteka ödənişlərinin qəbul edilməsinə qərar verilib» -deyə fonddan vurğulanıb.

Müştərilərin yönəldiləcəyi bank barəsində onlara məlumat veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG