Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:34

-

Bu gün 2006-cı ildən Xəzəryanı dövlətlərdə qeyd edilir- Xəzərin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının ratifikasiyasından sonra.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumatda deyilir.

Sözügedən Konvensiya beş Xəzəryanı dövlət arasında regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.
Konvensiyanın imzalanması üçün BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə 1995-ci ildən başlayaraq uzun illik hökumətlərarası danışıqlar aparılıb. Nəhayət Tehran Konvensiyası beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunub. Sənəd 12 avqust 2006-cı ildə qüvvəyə minib.

«Tehran Konvensiyası» Xəzər dənizinin ətraf mühitinin çirklənməsinin qarşısının alınmasına, mühafizəsinə, saxlanması və bərpasına, o cümlədən bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə yönəlib.

XS
SM
MD
LG