Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:59

-

ABŞ prezidentliyinə aparıcı namizədlər Jeb Bush və Hillary Rodman Clinton avqustun 11-də İraqda davam edən sabitsizlik üçün kimin məsuliyyət daşımasına görə mübahisə edib.

2003-cü ildə Birləşmiş Ştatları İraq müharibəsinə aparan George W. Bush olub. İndi onun qardaşı Jeb Bush demokratları işi yarımçıq qoyub İraqı tərk etməkdə günahlandırır.

Bush demokratlardan rəqibi olan Clinton-u İraqdan qoşunların tələsik çıxarılmasından sonra İslam Dövləti kimi qəddar qruplaşmaların meydana çıxmasında ittiham edib. Onun sözlərinə görə, Clinton Amerikanın baş diplomatı kimi dörd il ərzində İraqa cəmi bircə dəfə gedib.

“Tarixi yenidən yazmaq və məsuliyyəti başqasının üzərinə yıxmaq həyasız cəhddir. Prezident Bush-un imzaladığı razılaşmaya əsasən 2011-ci ilədək çıxmalıydıq,” bunu isə uzun müddət xarici siyasət müşaviri işləmiş Jake Sullivan deyib. Clinton prezident olarsa, Sullivan onun milli təhlükəsizlik müşavirliyinə əsas namizəddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG