Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:01

-

“Baxmayaraq ki, bizim iqtisadiyyatımızın bir hissəsi neftlə, qazla bağlıdır və qiymətlər kəskin şəkildə aşağı düşüb və hələ düşməyə davam edir, biz heç bir sosial layihəni ixtisar etməmişik, əksinə sosial-iqtisadi infrastruktur layihələri icra edilir”. Prezident İlham Əliyev avqustun 11-də Cəlilabad rayonunda Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında belə deyib.

“Bu il bizim iqtisadiyyatımız hələ ki, birinci yarımildə təxminən 6 faiz artıb. Dünya miqyasında bu, bəlkə də indiki dövrdə ən yüksək göstəricidir. Qeyri-neft sektorumuz 9 faizdən çox artıb. Bu da ən yüksək göstəricidir. Baxmayaraq ki, bizim iqtisadiyyatımızın bir hissəsi neftlə, qazla bağlıdır və qiymətlər kəskin şəkildə aşağı düşüb və hələ düşməyə davam edir, biz heç bir sosial layihəni ixtisar etməmişik, əksinə sosial-iqtisadi infrastruktur layihələri icra edilir”.

Prezident bu il Azərbaycanda kənd təsərrüfatının 7 faizdən çox artdığını da vurğulayıb. Dövlət başçısı bunu da söyləyib ki, Azərbaycan bir neçə ilə ərzaq tələbatını 100 faiz səviyyəsində təmin edə biləcək.

“Buna nail olmaq üçün bütün imkanlar var - torpaqlar, texnika, ondan sonra dövlət tərəfindən ayrılan vəsait. Subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda, “Aqrolizinq” xətti ilə texnika təmin edilir. Yəni, dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Fermerlər də bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin”, - deyə İlham Əliyev bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG