Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:37

-

ABŞ-da səhm ticarətçiləri ilə Ukraynada kompüter hakerlərinin alyansı korporativ informasiya oğurluğundan 100 milyon qanunsuz gəlir əldə ediblər. Bu ittihamı avqustun 11-də ABŞ hakimiyyəti irəli sürüb.

ABŞ Ədliyyə Departamenti 9 nəfəri təqsirləndirir. Onlardan dördü ukraynalıdır. Onlar konspirasiya və qiymətli kağız fırıldağında, eləcə də informasiya oğurluğunda ittiham olunurlar.

Ukraynalılar beynəlxalq axtarışa verilib, qalanları ABŞ-da həbs olunub.

Ukraynadakı hakerlər Marketwired, PR Newswire və Business Wire-nin kompüter sistemlərinə giriblər. Bu qurumlar böyük korporasiyalar üçün pres-relizlər hazırlayır. Onlar 2010-cu ilin fevralından bu ilədək 150 min pres-relizi ələ keçiriblər. Oğurlanan materiallar arasında səhmlərə və bazarların dəyərinə təsir göstərəcək informasiyalar da olub. Onlar həmin məlumatları treyderlərə satmaqla gəlir əldə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG