Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Nigeriyanın şimal-şərq ştatı Bornoda baş vermis partlayış nəticəsində azı 47 nəfərin öldüyü, 52 nəfərin yaralandığı xəbər verilib.

Nigeriyanın şimal-şərq ştatı Bornoda baş vermis partlayış nəticəsində azı 47 nəfərin öldüyü, 52 nəfərin yaralandığı xəbər verilib.

Partlayış Borno ştatındakı Sabon Qari şəhərinin malqara bazarında baş verib.

Bu əyalətdə Boko Haram döyüşçülərinin basqınları nəticəsində yüzlərlə insanın həyatına son qoyulub.

Partlayışın intiharçı basqından, yoxsa, yerləşdirilmiş bombadan qaynaqlandığı hələlik bilinmir.

Borno ştatı Nigeriyada İslam qiyamçılığının fəal olduğu yerlərdən biridir.

Yeni prezident Muhammadu Buhari Boko Haramı əzəcəyini vəd etdikdən bəri qruplaşmanın basqınları daha da intensivləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG