Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:53

Neft 10 dollar da ucuzlaşa bilər


Bankın ekspertləri bildirirlər ki, Hindistan, Çin və Britaniya kimi kimi ölkələrin sanksiyaların ləğvinin ardınca Tehranla ticarət əlaqələri xeyli intensivləşəcək

Dünya Bankının ən son proqnozuna görə İran üzərindən ABŞ-ın başçılığı ilə qoyulmuş sanksiyaların qaldırılması neftin bir barrelinin qiymətini 10 dollar da ucuzlaşacaq.

Hazırda bir barrelin qiyməti 50 dollar civarındadır.

Bankın ekspertləri bildirirlər ki, Hindistan, Çin və Britaniya kimi kimi ölkələrin sanksiyaların ləğvinin ardınca Tehranla ticarət əlaqələri xeyli intensivləşəcək.

Ekspertlərin fikrincə beynəlxalq sanksiyaların qaldırılması nəticəsində 2016-cı ildə İranda iqtisadi artım 5 faizdən çox olacaq. Hazırda bu rəqəm 3 faizdir.

Dünya Bankının xüsusi bəyanatında deyilir ki, İranla iyulun 14-də imzalanmış nüvə sazişi ratifikasiya olunarsa, İran üzərindəki ABŞ və Avropa İttifaqının sanksiyaları qaldırılacaq.

Dünya Bankı: Yaxın Şərqin başqa neft ixracatçılarının, o cümlədən Liviya, Səudiyyə və Körfəz ölkələrinin neft gəlirləri azalacaq. Əvəzində Misir və Tunis kimi ölkələr aşağı neft qiymətlərindən fayda görəcək.

Dünya Bankının Yaxın Şərq Şimali Afrika departamentinin rüblük brifinqinə görə İran neft hasilatını xeyli artırmaq potensialına malikdir.

Bununla yanaşı, hesabatda bildirilir ki, Yaxın Şərqin başqa neft ixracatçılarının, o cümlədən Liviya, Səudiyyə və Körfəz ölkələrinin neft gəlirləri azalacaq. Əvəzində Misir və Tunis kimi ölkələr aşağı neft qiymətlərindən fayda görəcək.

Hesabatda bu da qeyd olunur ki, İranın ticarət xərcləri də azalacaq və bunun nəticəsində onun neft və qeyri-neft sektorlarında ixracat tutumu artacaq.

Dünya Bankının proqnozunda deyilir ki, İran ixracatı 17 milyard dollara çatacaq. Bu isə ölkə ÜDM-nin 3, 5 faizini təşkil edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG