Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:40

Prezidentin qohumu tutuldu


Suleiman Hilal al-Assad
Suleiman Hilal al-Assad

Prezidentin əmisi nəvəsinin yol-hərəkəti mübahisəsi zəminində bir polkovniki güllə ilə vuraraq qətlə yetirdiyi xəbər verilib.

Suriya ordusu prezident Bashar al-Assadın əmisi nəvəsi Suleiman-ı həbs edib.

Prezidentin əmisi nəvəsinin yol-hərəkəti mübahisəsi zəminində bir polkovniki güllə ilə vuraraq qətlə yetirdiyi xəbər verilib.

Bu barədə məlumatı Suriyanın dövlət xəbər agentliyi yayıb.

Uşaqlarının gözləri qarşısında

Xəbərdə deyilir ki, hadisə Latakiyada baş verib.

Latakiya qubernatoru Khodr al-Salem deyib ki, Suleiman Hilal al-Assad yaxınlıqdakı fermada həbs olunub.

Suriyadan alınan xəbərlərdə deyilir ki, polkovnik uşaqlarının gözü qarşısında güllələnib.

Associated Press agentliyi xəbər verir ki, Suleiman al-Assad, ötən həftə polkovnik Hassan al-Sheikh öldürüləndən bəri axtarışda idi.

Prezidentə “yaşasın”, əmisi nəvəsinə edam

BBC bildirir ki, bu hadisə Latakiyada böyük etiraz aksiyalarına səbəb olub.

Etirazçılar prezident Assadı dəstəkləsələr də, onun əmisi nəvəsinin edamını tələb ediblər.

Suriya prezidenti qartilin cəzalandırlıcağanı vəd edib
Suriya prezidenti qartilin cəzalandırlıcağanı vəd edib

Bundan əvvəl Suriyanın “Əl-Vətən” qəzeti polkovnikin qohumlarına istinadən yazırdı ki, prezident qohumunu cəzalandıracağını vəd edib.

Polkovnik Sheikh-in xanımı Mayssa Ghanem iqtidaryönlü qəzetə deyib ki, Bashar al-Assad cinayətin kim tərəfindən törədilməsinə baxmayaraq cəzanın ağır olacağını bildirib.

Prezidentin mesajını Latakiyaya xüsusi olaraq göndərilmiş “rəsmi nümayəndə heyəti” yetirib.

Tıxacda mübahisə

Deyilənlərə görə, Suleiman al-Assad polkovniki tıxac zamanı onun maşınını ötdüyünə görə yaranmış mübahisə zamanı öldürüb.

Qətldə ittiham olunanın atası, prezidentin əmisi oğlu Hilal al-Assad 2014-cü ildə Kasab yaxınlığında baş verən toqquşmalarda həlak olanadək Suriya müdafiə qüvvələrinin komandanı idi.

Latakiya, prezident ailəsinin də aid olduğu şiə ələvi əhalinin yaşadığı ərazidir. Öldürülən polkovnikin özü də ələvidir.

Ələvilər 23 milyonluq Suriya əhalisinin 12 faizini təşkil edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG