Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:44

-
Bakı metrosunun "İçəri Şəhər" və "Sahil" stansiyaları müvəqqəti bağlandıqdan sonra yenidən açılıb.

Avqustun 11-də axşam saatlarında hər iki stansiyaya giriş məhdudlaşdırılmışdı.

"28 May" stansiyasında sərnişinlərə "İçəri şəhər" və "Sahil" stansiyalarının müvəqqəti bağlanıldığı elan olunub və bütün sərnişinlər "Nizami" stansiyasına yönləndirilib.

AzadlıqRadiosunun "Sahil" stansiyasının qarşısındakı müxbirinin verdiyi məlumata görə, iki stansiyanın hansı səbəbdən bağlandığı, nə vaxt açılacağı haqda sərnişinlərə məlumat verilməyib.

Polis yalnız onu bildirib ki, stansiyalar bağlıdır.

Əlavə izahat və stansiyaların bağlanması haqda öncədən məlumat verilməməsi sərnişinləri narazı salıb.

“APA-Economics”ə açıqlamasında “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, stansiyaların 1 saat 20 dəqiqə qapadılması su axıntısı ilə bağlı olub və su nasoslarla çəkilib.

Qurum rəsmisinin sözlərinə görə, hal-hazırda su axıntısının artmasının səbəbi araşdırılır: “Su axıntısının qarşısını almaq üçün 24 saat ərzində nasoslar işləyir. Problem araşdırıldıqdan sonra nasosların sayını artıra da bilərlər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG