Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:28

-
Avqustun 5-də axşam saatlarında üç polis əməkdaşı AXCP üzvü Natiq Rüstəmliyə yaxınlaşıb onlarla şöbəyə getməyi tələb ediblər.

Bu haqda AzadlıqRadiosuna Natiq Rüstəmli özü məlumat verib:

«Səbəbini soruşanda məni təhqir etdilər, zorakılıq göstərdilər. Sonra isə polisləri təhqir etməyim, onlara müqavimət göstərməyim haqda protokol yazdılar. Bütün bunlar Binəqədi rayon polis şöbəsində baş verib».

AXCP üzvünün dediyinə görə, o, protokol yazmaqdan imtina edəndə, ona bir neçə yumruq vurub buraxıblar: «Onu da dedilər ki, indi səni buraxırıq, ancaq sənin üçün yaxşı olmayacaq».

Binəqədi rayon polis şöbəsindən belə bir hadisə olmadığını, bunların cəfəngiyat olduğunu bildirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG