Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:57

Niyə Yerevanın havasını deyirlər, sonra Bakının?


Mixail Qorbaçov
Mixail Qorbaçov

- Mixail Qorbaçov dövründə Rusiya mətbuatı

Rusiyada jurnalist Natalya Rostovanın təşəbbüsülə “Rusiyada Kütləvi İnformasiya Vasitələrinin yaranması. Qorbaçov dövrü (1985-1991)” başlıqlı İnternet səhifəsi yaradıb.

gorbymedia.com adlı səhifədə Sovet İttifaqının son illərində Rusiya KİV-də əks olunmuş ölkə hadisələri haqda materiallar yerləşdirilir.

Səhifədə Azərbaycanın da adının çəkildiyi bir neçə material var.

Onlardan birində deyilir ki, 1988-ci ildə Andrey Saxarov Azərbaycan və erməni xalqlarına sülh və müdriklik, zorakılıqdan qaçmaq çağırışı edən açıq məktub yazıb, amma onun məktubu senzura edilib, məktub yalnız onun ölümündən sonra çap olunub. Məktubda A.Saxarov Krım tatarlarının Krıma qaytarılması məsələsinə də toxunub.

Azərbaycanın adı çəkilən materiallardan biri də 1987-ci ildə "Vzglyad" verilişini yaratmış, sonradan “QosTeleRadioKomitet”-in (1990-cı ilin iyulundan 1996-cı ilin noyabrınadək) baş direktoru olmuş Anatoliy Lısenkonun müsahibəsidir. A.Lısenko həmin müsahibəsində deyir:

“Obyektiv göstərə bilməzsən. Erməni-azərbaycanlı münaqişələri vaxtı, bilirsizmi, tamaşaçıılar nəyə üsyan edirdilər? Hava haqda məlumatlara:

“Yerevanda – müsbət yeddi dərəcə, Bakıda müsbət doqquz”. “Aaa, niyə əvvəl Yerevanı deyirlər, sonra Bakını?”

Sabahısı gün: “Bakıda bu qədər, Yerevanda bu qədər.” “Aaa!” Bəs ədalət? Milli məsələlərə toxunan kimi pərdə enir.”

Oxu Zalı

XS
SM
MD
LG