Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:32

131 şagird qızıl medal alıb


Foto illüstrasiya
Foto illüstrasiya

-
Təhsil Nazirliyi 2014-2015-ci tədris ilinin nəticələrinə görə 131 şagirdi qızıl, 21 şagirdi gümüş medalla təltif edib.

Qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83 nəfəri isə bölgə məktəbliləridir.

Xəbəri Təhsil Nazirliyi yayıb.

Medal alanlardan 135 nəfəri dövlət, 17-si özəl məktəblərdə təhsil alıb. Onlardan 75-i oğlan, 77-si qızdır.

Nazirlik bildirir ki, medalla təltif zamanı namizədlərin təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışları ilə fərqlənməsi, fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə yüksək mükafat qazanmaları da nəzərə alınıb.

XS
SM
MD
LG