Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:17

-

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) Azərbaycanda idman jurnalisti Rasim Əliyevin öldürülməsini kəskin şəkildə pisləyir. Bəyanatı AIPS-in Avropa bölməsinin baş katibi Charles Camenzuli yayıb.

Rasim Əliyev «Qəbələ» futbol komandasının üzvü Cavid Hüseynovu «facebook» statusunda tənqid edəndən sonra bir qrup şəxs tərəfindən döyülüb və aldığı zədələrdən bir gün sonra xəstəxanada vəfat edib. Onun daxili qanaxmadan öldüyü bildirilir.

AIPS Rasim Əliyevin ailəsinə, eləcə də Azərbaycanda idman mediasına, özəlliklə də Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının rəhbərliyinə və üzvlərinə başsağlığı verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG