Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:48

-

İranın xarici işlər naziri Javad Zarif türkiyəyə planlaşdırılan səfərini təxirə salıb. Xəbəri avqustun 11-də Türkiyənin Xarici İşlər Nazirliyi yayıb və detallı bilgi verməyib.

Zarif avqustun 11-də Ankarada “regiondakı son durumu və qarşılıqlı maraq doğuran məsələləri” müzakirə etməliydi.

İran prezidenti Hassan Rohani ötən həftə Türkiyəyə zəng edib, Türkiyəni Suriya və İraqda İslam Dövləti yaraqlıları ilə mübarizədə birgə işləməyə çağırıb.

İran Suriya münaqişəsində vasitəçilik də təklif edib.

Bu həftə Zarif-in Moskvaya da səfəri gözlənirdi. TASS səfərin gələn həftə baş tutacağını xəbər verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG