Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:21

XİN Avropa Şurasına cavab verdi


Hikmət Hacıyev
Hikmət Hacıyev

-

Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ın jurnalist Rasim Əliyevin ölümü ilə bağlı açıqlaması cinayət işinin mahiyyətinə uyğun olmayaraq, onun siyasiləşdirilməsinə xidmət edir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

«Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən Azərbaycanda baş verən hər bir cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi artıq adət halını alıb. Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar cinayət işinin araşdırılması üçün hüquq-mühafizə orqanları tərəfindən zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Cinayət işi üzrə təqsirkar bilinən şəxslər məhkəmənin qərarı ilə qanun qarşısında ən layiqli cəzalarını alacaqlar» - XİN rəsmisi bildirib.

«BUNDAN XƏBƏRSİZ OLMASI TƏƏCCÜB DOĞURUR»

Hikmət Hacıyev deyir ki, Azərbaycanda dövlət qurumları və vətəndaş cəmiyyəti arasında sıx dialoq mövcuddur və bu özünü insan hüquqları daxil olmaqla, bütün mühüm məsələlərin müzakirəsində aydın şəkildə göstərir:

«AŞ-nın nümayəndələri də bu cür dialoqu səciyyələndirən görüşlərdə iştirak etdiyi halda, AŞ Baş katibinin bundan xəbərsiz olması təəccüb doğurur. AŞ və bütün digər dairələri Rasim Əliyevin ölümü ilə nəticələnən bu faciəni və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırırıq».

Avqustun 10-da Avropa Şurasının baş katibi Thorbjørn Jagland Rasim Əliyevin qətlindən sarsıldığını bildirən bəyanatla çıxış edib.

Bəyanatda deyilirdi ki, bu, ölkədə jurnalistlərin təhlükəsizliyi ilə bağlı durumun daha da pisləşməsini göstərən, narahatlıq doğuran əlamətdir.

T.Jagland-ın fikrincə, bu faciəvi hadisə hakimiyyətə və bütövlükdə cəmiyyətə sonuncu dəfə xatırlatmalıdır ki, ölkə bu cür davam edə bilməz: vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında daxili dialoqun və inamın bərpası üçün yenidən işə başlanmalıdır.

XS
SM
MD
LG