Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:32

-

Avqustun 11-də Çin milli valyutasının dollara nisbətdə 1.9 faiz düşməsinə imkan verib. Bu, son 10 ildə ən aşağı hədd sayılır.

Məqsəd ölkə iqtisadiyyatında artıma təkan verməkdir. Çin Xalq Bankı bildirir ki, yuanın məzənnəsinin salınması həm də ölkənin ciddi nəzarət olunan valyuta bazarını daha çox bazaryönümlü edəcək.

Ancaq istənilən dəyişiklik Çinin Asiyadakı ticarət tərəfdaşları ilə gərginliyi artıra bilər. Yuan son vaxtlar biraz möhkəmlənmişdi.

Təhlilçilərin fikrincə, Çin valyutasının daha da möhkəmlənməsinin qarşısını almaq istəyib. Belə ki, bu halda milyonların çalışdığı ixrac sənayesində iş yerləri ixtisar oluna bilərdi.

Güclü valyuta ölkədən ixracı bahalaşdırır və daha az rəqabətlilik yaradır.

Günün bütün mövzuları

XS
SM
MD
LG