Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:12

-
Astarada 14 nəfərin adına bankdan kredit götürən şəxs saxlanılıb.

Xəbəri Daxili İşlər Nazirliyinin saytı yayıb.

Məlumatda deyilir ki, 2014-cü ilin avqustundan dekabrınadək Astara rayonunun Şahağacı kənd sakinləri Ceyhun Əhədov və Elşən Əliyev rayon sakinləri Rəziyyə İslamova, Tamara Abbasova, Həzrətqulu Əliyev, Gülbəyim Əliyeva, Xanımnisə Heydərova, Yasəmən Əkbərova, Sərfinaz Məmmədova, Ruhəngiz Əliyeva, Tərifə Ərəbova, Aliyə Əliyeva, İlahə İbrahimova, Minayə Səfərova, Rafiq Rəhimov və Zəka Əliyevin etimadlarını qazanıb onların adına «Kapital bank»dan və «Respublika bank»dan 29 min 200 manat götürüblər.

Astara rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində C.Əhədov tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG