Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:53

-

Avqustun 10-da Türkiyədə bir neçə hücumda azı 9 nəfər həlak olub. Zorakı hücumlar Ankara İslam Dövləti silahlı qruplaşması və kürd yaraqlılarına qarşı kampaniyasından bir neçə həftə sonraya təsadüf edir.

NATO üzvü olan Türkiyə ötən ay Suriyadakı İD və İraqın şimalındakı PKK yaraqlılarına hava zərbələri endirməyə başlayıb. Ölkədə yüzlərlə şübhəli yaraqlı saxlanıb.

İstanbulda polis məntəqəsinə partlayıcılarla dolu maşın hücum edib. Hücumçulardan biri partlayış zamanı, daha ikisi və bir polis isə atışmada həlak olub.

İki qadın ABŞ Konsulluğuna atəş açıb, xəsarət alan olmayıb.

Kürdlərin məskunlaşdığı cənubşərqdə təhlükəsizlik qüvvələri ilə şübhəli yaraqlılar arasında zorakılıq artıb. Silopidə polisin zirehli maşını partladılıb, 4 polis həlak olub.

Sirnakda isə kürd yaraqlılar hərbi vertolyota atış açıb, bir əsgər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG