Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:54

Qoymurlar bayraq dalğalandırıb pul qazanaq...


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə

-

Rüfət Əhmədzadə

Sosial sifariş

(“sistem altından şeirlər” silsiləsindən)

Öldür onu, Coni,

Kəs nəfəsini, elə yerdə qalsın.

Qalxmasın ayağa,

Birdən yenə ağ olar üzümüzə.

Kəfənsiz basdırılmalıdı, belə əclaflar...

Qoymurlar

halalcana çalıb-çapdığımızı

rahatcana, qəmsiz-qayğısız yeyək.

Yuxumuzu qaçırıb, kefimizi pozurlar.

Hərəsi əlinə bir fotokamera alıb...

Əəə, get, lovstori çək də,

siyasətdə nə itin azıb sənin?

Sonra utanmadan car çəkirlər ki...

Kimsə bunları təhdid-zad eləyir.

Öldür onu, Coni...

Qır qabırğasını, canı çıxsın qoy...

İdmana qayğının fışqırdığı bir zamanda

Belələri ağzının qatığın niyə dağıdır?

Qoymurlar bayraq dalğalandırıb pul qazanaq...

Aman vermirlər özümüzü bircə anlığa

Messidən, Peledən, zaddan hiss edək...

Öldür onu, Coni...

Xirtdəyindən yapış,

“vətən-vətən” dediyi torpağa tez qovuşsun qoy...

Öldür ki, yeni nəsil insanlara yol açaq,

Öldür ki, gələcəyə yenidən cığır açaq...

Öldür, gəbərt bu dəyərsiz məxluqu...

Axı, axı, bu dəyərlər heç də onun dediyi tək...

Axı bu dəyərlər heç də iy verdiyi tək...

Əşşi, nə isə, öldür onu Coni!

XS
SM
MD
LG