Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:32

-

Bir neçə insan haqları qrupları Azərbaycan hakimiyyətini jurnalist Rasim Əliyevin qətlini hərtərəfli və şəffaf şəkildə araşdırmağa çağırıb.

Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb, bir gün sonra xəstəxanada vəfat edib. Səbəb onun “Qəbələ” futbol komandası üzvünü facebook-da tənqid etməsi olub.

Hüquqlar uğrunda İdman, Helsinki İnsan Haqları Fondu, Index on Censorship, International Media Support və PEN Amerika Mərkəzi (PEN American Center) daxil olmaqla, 12 insan haqları təşkilatı hakimiyyətə müraciət edib.

“Rasim Əliyevin qətli göstərir ki, indi tənqidi səslər əvvəlkindən daha artıq risk altındadır,” Hüquqlar uğrunda İdman bəyanatında bildirib.

Prezident İlham Əliyev jurnalistin qətlini şəxsi nəzarətinə götürdüyünü bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG